Gürcüstanda Qədir-Xum bayramı ilə əlaqədar Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində məclis təşkil olunub. Tədbirə yerli və ətraf məntəqələrdən dəvət olunan inanclı müsəlmanlar qatılıb. Bu barədə iyulun 19-da az.shafaqna.com xəbər verib.

Məclisin açılışı məscidin axundu Hacı Rahidin Qurani-Kərim tilavəti ilə baş tutub. Bayram tədbirində Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və İdarənin nümayəndəsi Hacı Qurban Murquzov çıxış ediblər.

Məclis məddah Səid Həsənin və azyaşlı uşaqların ifası ilə davam etdirilib. Tədbirin sonunda isə İmam Zamana (ə.f) dualar oxunub. Bundan sonra iştirakçılar bayram süfrəsinə əyləşiblər.

Xatırladaq ki, Qədir-Xum bayramı iyulun 18-dən etibarən qeyd olunur. Bayram tədbirləri 3 gün müddətində təşkil olunacaq.