Məscid Abşeron rayonunun Fatmayı kəndində, Cəlil Cavadov küçəsində yerləşir. İbadətgahın giriş qapısının üstündəki daş kitabədə onun hicri-qəməri təqvimi ilə 1295-ci (1878) ildə inşa edildiyi yazılıb.
Kənd sakinlərinin sözlərinə görə, Əlbatti adı İçərişəhərdən kəndə köç edən Əlibeytlilər nəslinin adından gəlir. Ehtimal olunur ki, bu ad Əhli-Beyt (ə.s) tərəfdarları (Əhli-Beytli) mənasını ifadə edir.
Bu məscidin həyətində “Yeddi oğul istərəm” filminin bəzi fraqmentləri çəkilib.
Onun memarlıq üslubu Digah kənd məscidi ilə eynidir. İbadətgah iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- lib.az
- kataloq.gomap.az