İyulun 19-da azərbaycanlı Həcc zəvvarlarının ilk qrupu Vətənə qayıdıb. Bu barədə APA xəbər verib.
Məlumata görə, təyyarə Bakı vaxtı ilə 08:30-da Mədinə Beynəlxalq Hava Limanından yola düşüb. Zəvvarların ölkəyə 12:50-də çatması planlaşdırılsa da, təyyarə 12:25-də Heydər Əliyev Hava Limanına eniş edib.
İlk reysdə 180 zəvvarın olması bildirilib. Növbəti 180 nəfərlik qrupun bu gün saat 22:50-də Bakıya çatacağı gözlənilir.
Qeyd edək ki, 29-30 iyun və 1-2 iyul tarixlərində Azərbaycandan Həccə 680 zəvvar səfər edib. Onların ölkəyə qayıdışı isə hissə-hissə həyata keçiriləcək. Belə ki, sabah daha 310 zəvvar iki reyslə Bakıya qayıdacaq.