Azərbaycanda Qədir-Xum münasibəti ilə ölkə üzrə bayram tədbirləri keçirilib. Məclislərdə Əhli Beyt (ə.s) məddahları mərsiyələr oxuyub, din xadimləri xütbələr deyiblər. Məscidlərdə, həmçinin ehsan süfrələri təşkil olunub.

Ölkənin bölgələrində, bir çoxları bayram günündə insanları sevindirmək istəyiblər. Bərdə sakini küçələrdə camaata şirniyyat paylamaqla sosial şəbəkələrdə marağa səbəb olub.

Lənkəran şəhərinin bir çox yerlərində şəhidlərin ruhuna su ehsanları verilib. Paytaxt Bakıda isə bayram münasibəti ilə sakinlərə güllər paylanılıb.

Xatırladaq ki, Qədir-Xum bayramı üç gün müddətində qeyd edilir.

– Foto SalamNews