Zamanəsinin məşhur alimi, fəqihi Ayətullah Hacı Seyyid Əli Naxçıvani 1834-cü ildə Naxçıvan şəhərində anadan olub. Atası Seyyid Sadiq Ağa şəhərinin mömin seyyidlərindən biri idi.
Seyyid Əli ibtidai təhsilini Naxçıvanda, ali təhsilini isə 1960-cı illərdə Nəcəfdə alıb. O, məşhur alimlərdən olan Ayətullah Mirzə Həbibulah Rəşti, Hacı Mirzə Hüseyn Xəlili Tehrani və başqalarının üsul və fiqh dərslərində iştirak edib. Naxçıvani uzun illər Ayətullah Mamaqanidən dərs alıb və onun yaxın adamlarından biri olub.
Seyyid Əli 1903-cü ildə xəstələnir və müalicə almaq üçün İrana gəlir. Lakin burada onun xəstəliyi şiddətləndiyindən Naxçıvani 1910-cu ildə Tehranda vəfat edib.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.