Qədir-Xum gününə həsr edilmiş “Əl-Ğədir” əsərinin müəllifi Əllamə Əbdülhüseyn Əmini.

Bu dahi şəxsiyyət kitabın ərsəyə gəlməsi üçün on mindən artıq kitab oxuyub və yüz mindən çox mənbəyə istinad edib. Alim 20 cildlik əsərində 110 səhabə və 84 tabeindən hədislər nəql edir. Kitabı yazmaq üçün isə o, Hindistan, Pakistan, Mərakeş, Misir və dünyanın bir çox ölkələrinə səfər etmişdir.

Hazırda “Əl-Ğədir” kitabı Qədir-Xum gününə aid ən mötəbər hədislərin toplusu və geniş izahlı əsər sayılır. Kitabın Azərbaycan dilinə olan tərcüməsini dini dükanlardan əldə etmək mümkündür. Tərcümə isə azərbaycanlı fəqih Əllamə Ayətullah Hacı Mirzə Məhəmməd Əli Ğərəvi Ordubadiyə məxsusdur.