Şeyx Mövla Əbdül Vəhhab Lənkərani dövrünün alimlərdən biri, ədəbiyyat elmində dərin biliyə malik şəxs olub.

O, Nəcəfdə Ayətullah Seyyid Kazım Rəşti ilə birlikdə oxuyub və ondan bəzi etiqadi məsələlər haqqında suallarına cavablar alıb. Seyyid verdiyi cavabları bir kitab şəklinə salıb və həmin kitabda Lənkəranini tərifləyərək onu böyük şəxsiyyətlərdən biri olaraq qeyd edib.

Onun vəfat tarixi haqqında məlumat yoxdur. Lakin alimin təxminən 1831-ci illərdə həyatda olduğu bildirilir.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.