Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi dünya ölkələrindən ziyarətə gəlmək istəyənlərə Ümrə vizalarının verilməsinə başlayıb. Bu barədə iyulun 16-sı İQNA xəbər verib.

Krallıq bildirib ki, daxildən və xaricdən Ümrə ziyarətinə gəlmək istəyən zəvvarların ziyarəti hicri 1444-cü ilin məhərrəm ayının birinci günündən (iyulun 30) başlayacaq.