İngiltərədən Məkkəyə piyada gələn müsəlman Adəm Məhəmməd builki Həcc əməllərini yerinə yetirib. Bu barədə Shafaqna xəbər verib.
Məlumata görə, 53 yaşlı Adəm Məhəmməd Həccə piyada getmək qərarına gəlib. Bunun üçün o, 2021-ci ildə İngiltərənin Vulverhempton şəhərindən yola düşüb. Adəm 10 ay ərzində 6 500 km məsafəni qət edərək Həcc mərasiminin başlaması ərəfəsində Məkkəyə gəlib çatıb.
Adəm, öz səyahətini sosial şəbəkədə paylaşaraq 400 mindən çox izləyici və 2,8 milyondan çox “like” topladı.
Qeyd edək ki, Həccə təyyarə ilə, həmçinin onun həyat yoldaşı və iki qızı da gəlib. Adəm bildirib ki, öz ölkəsinə o, təyyarə ilə qayıdacaq.