30 oğlan və qızdan ibarət Quran hafizlər qrupunu daşıyan mikroavtobus aşıb və su kanalında batıb. Bir neçə uşaq həyatını itirib. Bu barədə İQNA xəbər verib.

Bildirilir ki, uşaqlar istirahət məqsədilə Dəmiyyət vilayətindəki Rəsül-birr istirahət düşərgəsinə gediblər. Hadisə 13 iyul tarixində axşam saatlarında  uşaqlar evə qayıdan zaman Əl-Dəxaliyə və Dəmiyyət əyalətləri arasındakı yolda baş verib.

Əl-Əzhərin Şeyxi Əhməd Ət-Tayyib hadisə ilə əlaqədar başsağlığı verib.