Qədir-Xum bayramı münasibətilə Əmirəlmöminin Əlinin (ə.s) hərəmi güllərlə bəzədilib. Burada minlərlə güldən istifadə olunub. Bu barədə iyulun 16-sı hərəmin mətbuat xidməti məlumat verib.

Hərəmdə, həmçinin Əhli Beyt (ə.s) şüarları yazılmış bayraqlar quraşdırılıb.

Bayram günlərində bir çox tədbirlərin keçirilməsi gözlənilir.

Qeyd edək ki, bu il Qədir-Xum bayramı iyulun 18-nə təsadüf edir.