Məscid Ağdaş rayonunun Kotanarx kəndinin ərazisində yerləşir. İbadət evi, həmçinin Zilfiqar məscidi kimi də tanınır.
İbadətgah düzbucaqlı formadadır və mişar daşından tikilib. Məscidin damı kirəmitlə örtülüb, tavanı isə taxtadandır və üç sütun üzərində dayanır. İbadətgahın ön tərəfində eyvan yerləşir. Eyvanın tavanı taxtadandır və altı dəmir sütun üzərində dayanır. Məscidin tağvari formada taxtadan qoşa giriş qapısı və 18 plastik pəncərəsi var. Qapının üst hissəsi şəbəkəlidir. İbadət evində tağvari formada mehrab mövcuddur və onun çöl tərəfində dairəvi çıxıntı var. İbadətgahın sağ və sol tərəfindən iki minarə ucaldılır. Lakin tikinti işləri sona çatdırılmayıb.