Dövrünün alim və arif şəxsiyyətlərindən biri olan Hacı İmam Qulu Naxçıvan şəhərində anadan olub.
O, ilk dini təhsilini aldıqdan sonra, dövrünün məşhur ariflərindən olan Ağa Seyyid Qureyşi Qəzvinidən dərs alıb.
Hacı İmam Qulu Naxçıvanidən dərs alanlar sırasında Ayətullah Seyyid Hüseyn Qazi Təbrizinin adını da qeyd etmək olar.
Hacı İmam Qulu Naxçıvani İraqın Nəcəfi-Əşrəf şəhərində dünyasını dəyişib.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.