İmam Əli (ə.s) hərəmində quraşdırılan bayraq Nəcəfin mərkəzində də dalğalanır. Bu barədə iyulun 15-də hərəmin mətbuat xidməti məlumat verib.

Bayraq iyulun 18-də keçiriləcək Qədir-Xum bayramı münasibətilə quraşdırılıb. Onun üzərində isə Peyğəmbərin (s) vida Həcci zamanı dediyi sözlər yazılıb: “Mən kimin mövlasıyam, Əli də onun mövlasıdır”.