Nəcəfdə, İmam Əlinin (ə.s) hərəmində Qədir-Xum bayramına hazırlıqlara başlanılıb. Bu barədə iyulun 14-də ziyarətgahın mətbuat xidməti xəbər verib.
Hərəmin texniki işçiləri ərazini müxtəlif ornamentlərlə bəzəyiblər. Ziyarətgahın eyvanlarında və minarələrində üzərində Əhli Beyt (ə.s) şüarları yazılmış bayraqlar quraşdırılıb.
Hərəmin baş katibinin sözlərinə görə, bayram günlərində bir çox tədbirlərin, o cümlədən konfransların və seminarların keçirilməsi nəzərdə tutulub.
Bu il Qədir-Xum bayramı iyulun 18-nə təsadüf edir.