Növbəti illərdə Həcc ziyarətinə ayrılan kvotaların sayı artırılacaq. Bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi məlumat verib.
Məlumata görə, Krallıq növbəti mövsümlərdə zəvvar sayını tədricən artırmağı planlaşdırır. Lakin bunun dünyadakı epidemioloji vəziyyətdən asılı olduğu bildirilib.
2022-ci ildə Həcc ziyarətində bir milyon zəvvarın iştirakına icazə verilib. Lakin sonradan açıqlanan statistikaya əsasən, builki ziyarətdə təqribən 900 min zəvvar iştirak edib.