Bu gün, iyulun 15-də azərbaycanlı zəvvarların Həcc ziyarəti başa çatıb. Bu barədə APA-ya QMİ-nin şöbə müdiri Vüsal Cahangiri məlumat verib.

Hazırda zəvvarlar Məkkənin tarixi müqəddəs yerlərini ziyarət edirlər. İyulun 16-17-si isə soydaşlarımızın Mədinə şəhərinə səfəri gözlənilir. İyulun 19-20-si tarixlərində isə ziyarətçilər Azərbaycana geri dönəcəklər.

Qeyd edək ki, builki Həcc mövsümündə Azərbaycandan 680 nəfər zəvvar müqəddəs ziyarətə yollanıb. Səfərin adambaşına olan qiyməti isə 9 106 manatdan başlayır.