Bu il rəsmi olaraq Həcc ziyarətində 899 353 nəfər iştirak edib. Onlardan 119 434 zəvvar Səudiyyə Ərəbistanının sakinləri, 779 919 zəvvar isə əcnəbilər olub. Bu barədə Səudiyyə Ərəbistanının statistika mərkəzinin açıqlamasında qeyd olunub.

Bildirilib ki, Həccə gələn zəvvarlardan 486 458 nəfəri kişi, 412 895 nəfəri isə qadın olub. Onlardan 21%-i ərəb ölkələrindən, 53,8%-i Asiya ölkələrindən (ərəb daxil olmaqla), 13,2%-i Afrikadan (ərəb daxil olmaqla), 11,6%-i isə Avropa, Şimali və Cənubi Amerika, Avstraliyadan gələnlərdir.

Qeyd edək ki, Həccin son əməlləri 12-13 iyul tarixlərində yerinə yetirilib. Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi iyulun 19-dan Ümrə mövsümünün açılacağını elan edib.