İyulun 18-də Qədir-Xum günü münasibətilə Tehranda 10 kilometr uzunluğunda ehsan süfrəsi açılacaq. Bu barədə maide.az xəbər verib.
Məlumata görə, tədbir şəhərin Vəliyi-Əsr küçəsində təşkil olunacaq. Süfrə bayram günü səhər saat 6:00-dan axşam saat 22:00-dək açıq olacaq.
Həmçinin bayram tədbirlərinin keçirilməsi də planlaşdırılır. Belə ki, uşaqlar üçün əyləncələr təşkil olunacaq və onlara müxtəlif hədiyyələr paylanacaq.
Qədir-Xum günü İslam Peyğəmbərinin (s) özündən sonra Həzrət Əlini (ə.s) xəlifə təyin etməsi münasibətilə qeyd olunur. Hicrətin 10-cu ilində Qədir-Xum adlanan yerdə Rəsulallah (s) belə buyurdu: “Mən kimin mövlasıyam, bu, Əli də onun mövlasıdır”.