İraqda yenidən toz fırtınalarının başlanması gözlənilir. Bu barədə iyulun 14-də shiawaves xəbər verib.

Ölkənin Meteorologiya İdarəsindən yaxın günlərdə havanın daha isti və tozlu şəkildə keçəcəyi bildirilib.

Qeyd edək ki, sözügedən hava şəraitinə görə, Nəcəf və Kərbəlanın müqəddəs hərəmlərinin həyəti və daxili qumla dolur. Bundan öncə, baş verən fırtınalardan sonra hərəmlərdə bir neçə gün təmizlik işləri aparılıb.