Azərbaycanın görkəmli din xadimlərindən biri Höccətul İslam vəlmüslimin Hacı Mirzə Abdullah XIX əsrdə Lənkəran rayonunda anadan olub.

O, orta təhsilini Lənkəranda aldıqdan sonra, İslam elmlərini öyrənmək məqsədi ilə İranın Qum şəhərinə köçür. Alimin müəllimlərindən Ayətullah əl-Üzma Höccət, Ayətullah Seyyid Məhəmməd Tağı Xonsari kimi şəxsiyyətləri qeyd etmək mümkündür. Hacı Mirzə Abdullah Qum şəhərində, həmçinin Ayətullah əl-Üzma Burucerdidən dərs alır.

Bir müddət sonra Azərbaycana qayıda bilməyən din xadimi, İranın Tehran şəhərinə köçür. Bu şəhərdə Hacı Mirzə Abdullah İslam dinini təbliğ edir, bundan əlavə, Tehranın böyük məscidlərində alim camaat namazı təşkil edir.

Mənbə:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.