Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi iyulun 19-dan Ümrə mövsümünün açılacağını elan edib. Bu barədə shiawaves xəbər verib.

Verilən məlumata əsasən, Həcc mövsümü bitdikdən sonra zəvvarlar Ümrə ziyarətinə yazıla biləcəklər. İlk qeydiyyat iyulun 20-də mümkün olacaq.

Qeyd edək ki, Həccin son əməlləri 12-13 iyul tarixlərində yerinə yetirilib. İyulun 19-20-si tarixlərində isə azərbaycanlı zəvvarlar ölkələrinə geri qayıdacaqlar.