Məkkədə Həcc zəvvarlarına vida rəmzi olaraq hədiyyələr paylanılıb. Bu barədə iyulun 12-də islamnews xəbər verib.

Məlumata görə, hədiyyələrin paylanması İki Müqəddəs Ocağın Baş İdarəsi tərəfindən təşkil olunub. Hədiyyələr arasında namaz xalçaları, buxur, şirniyyatlar, suvenirlər və güllər var idi. Prosesin həyata keçirilməsində idarənin rəhbəri Şeyx Abdurəhman Əs-Sudais şəxsən iştirak edib.

Qeyd edək ki, Məkkə qubernatoru şahzadə Xalid əl-Feysal Həcc mövsümünə yekun vuraraq ziyarətin yoluxma halları olmadan keçirildiyini bildirib.