Məscid Abşeron rayonunun Masazır kəndində, Şıxəli Qurbanov küçəsində yerləşir. İbadət evi 1988-ci ildə inşa olunub.

Məscidin divarları mişar daşından hörülüb, döşəməsi isə kərpiclə işlənib. İbadətgah iki mərtəbədən ibarətdir. İkinci mərtəbə eyvan şəkillidir və qadınlar üçün nəzərdə tutulub. Məscidin mehrabı səkkizpilləlidir. İbadət evinin diametri 5 metr olan günbəzi var. Günbəzdə altı dəmir pəncərə qoyulub. Məscidin mişar daşından inşa edilmiş bir minarəsi var.

İbadətgah 2018-ci ildə təmir edilib.

Əvvəllər bu məscidin yerində köhnə ibadət evi mövcud olub. Həmin ibadətgahın tarixi hicri-qəməri təqvimi ilə 1112-ci ilə (1700) aid olub. Məscid qəzalı vəziyyətdə olduğundan sökülüb, yerində hazırkı məscid inşa edilib.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://kataloq.gomap.az
  3. https://azertag.az