Kəşmirli müsəlman Mustafa ibn Cəmil uzunluğu 500 metr olan kağızın üzərinə Quranı köçürüb. Bu barədə Shafaqna xəbər verib.

Xəttatın bu işi rekord qırıb. Layihə 7 ay müddətində hazırlanıb. Onun sözlərinə görə, o bu işi xəttini yaxşılaşdırmaq üçün başlayıb, lakin daha sonra bu iş onun peşəsinə çevrilib.

Daha öncə isə İraqdan olan 25 yaşlı xəttat Qasim Məhəmməd Rza düyü dənələrinin üzərində Quran ayələrini yazıb.