Qurban bayramı ərəfəsində İmam Əli (ə.s) hərəmində 25 mindən çox ziyarətçiyə yemək ehsan olunub. Bu barədə hərəmin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, ehsan yeməkləri gündə üç dəfə olmaqla, 2 gün ərzində paylanılıb. Qurban bayramında ziyarətçilərə 800-dən çox könüllü xidmət edib.

Qeyd edək ki, Ərəfə və Qurban bayramlarında hərəmə iki milyondan çox ziyarətçi gəlib.