İyulun 11-də Həcc zəvvarları ziyarətlərinin son əməllərini yerinə yetiriblər. Bu barədə AZƏRTAC xəbər verib.
Məlumata görə, zəvvarlar Kəbə evinin təvafını icra ediblər. Daha sonra onlar İbrahim məqamında iki rükət namaz qılıblar.
Ziyarətgahın müşaviri şahzadə Xalid Əl-Faysal builki Həcc mövsümünün yüksək səviyyədə keçməsini bildirib. Onun sözlərinə görə, ziyarətçilərə bir milyon Quran kitabı paylanıb.
Bu il Həcc ziyarətində bir milyon zəvvarın iştirakına icazə verilib. Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Azərbaycan üçün 680 nəfərlik kvota ayırıb. Ziyarətin qiyməti isə 9 106 manat təşkil edib.