Hacı Şeyx Nəcəfi İrəvani dövrünün İslam alimləri arasında görkəmli alimlərdən idi. O, gözəl əxlaqı ilə tanınmışdır. Şeyx Musa Nəcəfi İrəvaninin atası Şeyx Əli Əsğər İrəvani məşhur söz ustası idi.

Şeyx Musa İrəvani təhsilini Nəcəfdə başa vurduqdan sonra dini hökmlərin təbliğinə başlayır.

Molla Əli Xiyabani Təbrizi onun barəsində belə yazır: “Yüksək məqamlı din xadimi, dahi mütəfəkkir və söz ustası olan Şeyx Musa, Nəcəfdən Təbrizə gəlmişdi. Onun adı hər yerdə hörmətlə çəkilirdi və hamı onun çıxışlarına qulaq asmaq üçün tələsirdi. Vaxtından çox hissəsini İslam dininin təbliğinə sərf edərdi. Son dərəcədə xoş əxlaqı, təvazökar və ədəbli bir insan idi. Ömrünün son illərində gözlərinin tutulmasına baxmayaraq, tarixi hadisələri və Məsumlardan (ə.s) gələn rəvayətləri əzbərdən bilirdi, öz çıxışlarında Azərbaycan, ərəb və fars dillərində qəsidələr oxuyardı”.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.