Dövrünün İslam alimi olan Seyyid Mürtəza İrəvani 1906-cı ildə İranın Təbriz şəhərində anadan olub.

Seyyid İrəvani ibtidai təhsilini Təbriz mədrəsələrində alıb. Təhsilini davam etmək məqsədi ilə o, Ayətullah Seyyid Məhəmməd Nurani, Ayətullah Seyyid Əbül Həsən Ənkəçi Təbrizi, Ayətullah Hacı Mirzə Əli Ələkbər Məliki kimi böyük alimlərdən dərs alıb. Bir müddət sonra Mürtəza İrəvani Qum şəhərinə səfər edir. Burada o, Ayətullah Hacı Əbdül Kərim Yəzdi və Həkim Şeyx Məhəmməd Əli Şahabadi kimi alimlərdən üsul, fiqh, fəlsəfə və hikmət elmlərini ali dərəcədə öyrənir.

İctihad məqamına çatan alim 1937-ci ildə Tehrana köçür, ömrünün sonuna kimi orada yaşayır və “İrəvani” məscidində xidmət göstərir.

Seyyid Mürtəza İrəvani 1990-cı ildə Tehranda vəfat edib.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.