Bu gün, iyulun 11-də Həcc zəvvarları şeytana daşatma ayinini həyata keçirəcəklər. Bu, Həccin son əməllərindən biridir.
Belə ki, zilhiccə ayının 11 və 12-də zəvvarlar kiçik, orta və böyük şeytanlara 7 daş atırlar. Bundan sonra isə onlar Həcc, Nisa və Vida təvaflarını edib saçlarını kəsdirirlər.
SalamNews-un verdiyi məlumata əsasən, iyulun 13-14-dən ziyarətçilər tədricən vətənlərinə geri qayıdacaqlar. Azərbaycanlı zəvvarların geri dönüşü isə 19-20 iyul tarixlərinə planlaşdırılıb.
2022-ci ildə Azərbaycandan Həcc ziyarətinə 680 zəvvar göndərilib.