Qurban bayramı münasibətilə İmam Əlinin (ə.s) hərəmi aztəminatlı ailələrə maddi yardım göndərib. Bu barədə iyulun 10-da hərəmin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, bayram sovqatı Nəcəf şəhərinin müxtəlif məntəqələrinə göndərilib. Məlumatda ümumi olaraq 2 000 ailəyə yardım olunduğu qeyd olunub.
Bundan öncə, iyunun 27-də Həzrət Əli (ə.s) hərəmi tərəfindən kimsəsiz uşaqlara və ehtiyaclı ailələrə yardım aksiyası keçirilib. Həmin aksiyada 2 500 ailəyə maddi yardım göstərilib.