Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu və xüsusi təyinatlı təhsil müəssisələrində tədbirlər keçirilib. Bu barədə iyulun 10-u Müdafiə Nazirliyi xəbər verib.
Hərbi qulluqçuların iştirakı ilə qurbanlıqlar kəsilib, onlar üçün bayram süfrələri təşkil edilib.
Tədbir zamanı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Onların və sağlamlığını itirən döyüşçülərin ailələrinə bayram sovqatları təqdim olunub.