Vəfat etmiş müsəlman, yaxud müsəlman hökmündə olan və qəməri təqvimlə altı yaşı tamam olmuş uşaq üçün cənazə namazı qılmaq vacibdir.
Namazın qılınma qaydası:
Namaz bir rükətdən ibarətdir və rüku ilə səcdələr yoxdur. Cənazə namazının beş təkbiri var. Niyyət və təkbirdən sonra deyilir:
اَشهَدُ اَن لاَاِلَهَ اِلاَّالله وَاَنَّ مُحَمَّداً رَسُولُ اللهِ
“Əşhədu ənla ilahə illəllahu və ənnə Muhəmmədən rəsulullah.”
İkinci təkbirdən sonra deyilir:
أَلّلهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَاَلِ مُحَمَّدٍ
“Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.”
Üçüncü təkbirdən sonra deyilir:
أَلّلهُمَّ اغفِرللمؤمِنِینَ وَالمؤمِنَاتِ
“Əllahum-məğfirlil mu’mininə vəl-mu’minat”.
Dördüncü təkbirdən sonra meyyit kişidirsə:
أَلّلهُمَّ اغفِر لِهَذَا المَیِّتِ
“Allahumməğfir lihazəl-məyyit” meyyit qadındırsa:
أَلّلهُمَّ اغفِر لِهَذهِ المَیِّتِ
“Allahumməğfir lihazihil-məyyit” deyilir.
Sonra beşinci təkbir söylənilir və namaz bitir.