Məscid Abşeron rayonunun Məmmədli kəndində yerləşir. İbadət evi hicri-qəməri təqvimi ilə 1233-cü (1817) ildə inşa olunub.
İbadətgah düzbucaqlı formaya malikdir. Məscidin çölündə eyvan yerləşir. İbadət evinin ətrafı daş plitələr və asfaltla döşənib.
Sovet dövründə məscid anbar kimi istifadə edilib. 1989-cu ildən sonra təmir-bərpa işləri aparılaraq məscid kimi fəaliyyətə başlayıb.
Məmmədli kənd Cümə məscidi yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- http://www.mct.gov.az