İşğaldan azad edilmiş Zəngilan şəhərində məscid əsaslı şəkildə təmir edilir. Bu barədə iyulun 9-da APA xəbər verib.
Təmir işləri Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Şəhərin əhali sayını nəzərə alaraq, yeni məscidin daha böyük olacağı qeyd edilib.
Bundan öncə, martın 20-də Azərbaycanda, Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni məscidin təməli qoyulub.