XIX əsrin tanınmış alimlərindən biri Şeyx Abdullah Səmrini Badkubeyi 1860-cı ildə Bakıda anadan olub.

Badkubeyi ilk təhsilini Bakıda alıb, sonra təhsilini davam etdirmək üçün Məşhədə gedib, burada məşhur alimlərdən dərs alıb. Şeyx Abdullah tanınmış alim Hacı Fazil Müdərrisin yanında “Əsfar” kitabından bəhrələnib. Elmi dərəcəyə çatdıqdan sonra Şeyx Ərdəbil şəhərinə köçür və burada müxtəlif fənləri tədris edir.

Bir ildən sonra Badkubeyi təhsilini artırmaq məqsədi ilə Nəcəfə səfər edir. O, burada tanınmış İslam alimlərindən, o cümlədən, Ayətullah Şəriəti İsfahaninin dərslərindən bəhrələnir. Səkkiz il burada dərs aldıqdan sonra alim yenidən Ərdəbilə qayıdır, burada dərs deməyə davam edir.

Şeyx Abdullah Səmrini Badkubeyi 1942-ci ildə Ərdəbil şəhərində vəfat edib.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.