Bu gün, iyulun 9-da Azərbaycanda əhali qurbanlıq heyvanlar kəsib. Bu barədə Report xəbər verib.

Yasamal rayonunda yerləşən kəsim məntəqəsində din xadimlərinin iştirakı ilə qurbanlıq qoyunlar kəsilib. Prosesə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları nəzarət ediblər.

Məlumata görə, məntəqəyə 170 baş qoyun gətirilib. Bir diri qoyunun qiyməti kiloqramına görə, 6 manat 30 qəpik təşkil edib.

Qeyd edək ki, bu il bayram münasibətilə ölkə ərazisində 134 heyvan kəsimi və satışı məntəqələri fəaliyyət göstərir.