Bu gün, iyulun 9-da Bakının Təzəpir məscidində Qurban bayramı namazı qılınıb. Bu barədə Report xəbər verib.

Verilən məlumata əsasən, camaatla icra olunan namaz Hacı Şamil Rəsulovun imamətliyi ilə qılınıb.

Qafqaz Müsəlmanları İdarəsinin təqviminə görə, bu il Azərbaycanda Qurban bayramı iyulun 9-na təsadüf edir. Lakin müctəhidlərin nəzərinə əsasən, bayram iyulun 10-dur. Bu səbəbdən sabah da ölkənin bir sıra məscidlərində bayram namazları qılınacaq.