Zilhiccə ayının 9-u İslam dinində Ərəfə günü kimi qeyd edilir. Hədis və rəvayətlərdə bu günün özünəməxsus əməllərinin olduğu bildirilir.

Bu günün əməlləri aşağıdakılardır:

  1. Qüsl almaq;
  2. İmam Hüseyni (ə.s) ziyarət etmək (Aşura ziyarəti ilə olsa belə).
  3. Əsr namazından sonra açıq səma altında 2 rükət namaz qılmaq. Birinci rükətdə “Həmd”-dən sonra “İxlas”, ikinci rükətdə “Həmd”-dən sonra “Kafirun” surəsi oxunur;
  4. Oruc tutmaq (onun zəifləməsinə və dua oxumayacağına səbəb olmayacaqsa);
  5. Peyğəmbərin (s) təsbehini demək: “Subhənəlləzi fissəməi ərşuh, subhənəlləzi fil ərzi hukmuh, subhənəlləzi fil quburi qazauh, subhənəlləzi fil bəhri səbiluh, subhənəlləzi fin-nəri sultanuh, subhənəlləzi fil cənnəti rahmətuh, subhənəlləzi fil qiyməti ədluh, subhənəlləzi rəfə əssəma, subhənəlləzi bəsətəl ərzə, subhənəlləzi lə məlcə-ə və lə məcə-ə minhu illə iləyh. Subhənəllahi vəl həmdu lilləhi və lə iləhə illəllahu vəllahu əkbər”;
  6. İmam Sadiqdən (ə.s) zikr olunan salavatı demək: “Allahummə inni əs-əlukə ya mən huvə əqrabu iləyyə min həblil vərid ya mən yəhulu bəynəl mər-i və qəlbih, ya mən huvə bil mənzəril əla və bil ufuqil mubin. Ya mən huvər-rahmənu ələl ərşistəva ya mən ləysə kəmislihi şəy-un və huvəs səmiul bəsir. Əs-əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd”;
  7. Ummu-Davud” duasını oxumaq;
  8. İmam Hüseynin (ə.s) “Ərəfə” duasını oxumaq;
  9. Ərəfə gününün sonunda bu duanı oxumaq: “Ya rabbi, innə zunubi la təzurruk, və innə məğfiratik li lə tənqusuk, fə ətini mə lə yənqusuk, vəğfirli mə lə yəzurruk. Allahummə lə təhrimni xayra mə indəkə lişərrin mə indi fə əntə ləm tərhəmni bi tə-əbi və nəsəbi fələ təhrimni əcral məsaibi əla musibətih”.