Həcc ziyarətinə piyada gedən Cənubi Afrika Respublikasının vətəndaşı Məkkəyə çatıb. O, ölkəsindən Məkkəyə getmək üçün 4 il vaxt sərf edib. Bu barədə iyulun 7-də Lent.az xəbər verib.

Məlumata görə, Səid adlı zəvvar ziyarətə 2018-ci ilin avqustun 30-da paytaxt Keyptaundan yolla düşüb. O, piyada Zimbabve, Zambiya, Tanzaniya, Kenya, Sudan, Misir və Fələstindən keçib.

Karantin dövründə isə sərhədlərin bağlanması səbəbindən Səid 1 il müddətində Məscidul-Əqsada qalıb. Sərhədlər açıldıqdan sonra o, Mədinəyə və daha sonra Məkkəyə yola düşüb. Afrikalı zəvvar Həcc mövsümündən sonra Afrikaya piyada qayıdacağını bildirib.

Bundan öncə, İngiltərədə yaşayan iraqlı zəvvar Adəm Məhəmməd də ölkəsindən Məkkəyə piyada səfər edib