Azərbaycanda qanunsuz fəaliyyət göstərən 42 heyvan satışı məntəqəsi aşkar olunaraq ləğv edilib. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyevanın sözlərinə istinadən Bizim.Media xəbər verib.
Sözügedən məntəqələrdən 32-si Bakıda, 2-si Sumqayıtda, 8-i isə Xaçmazda olub.
Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və yerli icra orqanlarının nümayəndələri ölkə üzrə monitorinqlər aparır. Bunun üçün AQTA-nın əməkdaşlarından ibarət 52 monitorinq qrupu yaradılıb və 400 dən çox əməkdaş Qurban bayramı günlərində kəsim və satış məntəqələrinə cəlb ediləcək.
Daha öncə AQTA qurbanlıq heyvanların kəsimi ilə bağlı əhaliyə müraciət edərək, heyvan kəsimi və satışı ilə məşğul olan şəxsləri qanunun tələblərinə əməl etməyə çağırıb. Heyvan kəsimi və satışının küçə və yol kənarında antisatinar şəraitdə baş verməsini müşahidə edən şəxslərdən bu barədə Agentliyin “1003-Çağrı Mərkəzinə” məlumat verməsi xahiş edilib.