Türkiyənin İstanbul şəhərində Xanım Zeynəbin (s.ə) adına olan məscid təmir edilib. Bu barədə iyulun 7-də Giperssilka xəbər verib.

Məlumata görə, məscidin yeni quruluşu Həzrətin Suriyadakı hərəminə bənzər formada tərtib edilib. İbadət evinin sahəsi 70 min kvadratmetrdir. Hazırda burada 10 min nəfərin ibadət etməsinə imkan yaradılıb. Məscidin iki minarəsi və bir qızıl günbəzi var.

Həzrət Zeynəb (s.ə) məscidi 1978-ci ildə inşa edilib. 1999-cu ildə baş verən zəlzələ nəticəsində ibadətgah dağılıb. 2009-cu ildə isə məscidin bərpası üçün təmir planı hazırlanıb. Yalnız 13 il sonra ibadət evinin bərpası işləri sona çatıb.