Təzəpir Məscidinin imamı Hacı Şamil Rəsulov bildirib ki, qurbanı pul ilə əvəz edib ehtiyaclılara yardım etmək doğru deyil. Bu barədə iyulun 7-si Sfera.az xəbər verib.

Kəsiləcək qurbanı pulla əvəz edib kiməsə yardım etmək şəriətimizin qaydalarına uyğun deyil. Qurban elədir ki, gərək özü kəsilə və Allah yolunda paylana. Bəzən deyirlər ki, bir xəstə var, qurbanı pulla əvəz edib ona verək. Bu şəriətə uyğun deyil. Kimsə yardım etmək istəyirsə, bunu o niyyətlə etməlidir. Yəni əgər kimsə yardım etmək istəyirsə, qurban məsələsini buna qatmasın, yardım niyyəti ilə versin. Qurbanlıq olmayan vaxtı necə yardım edirlər, indi də elə etsinlər, bunu kəsilən qurbanla əlaqələndirməsinlər”, – deyə Təzəpir məscidinin imamı bildirib.

Qeyd edək ki, Qurban bayramı iyulun 10-na təsadüf edir.