Şeyx Əbdus-Salam Tiflisi dövrünün böyük İslam alimi və dinə xidmət edən şəxslərindən biri olub.
O, öz dini təhsilini Nəcəfdə başa vurduqdan sonra Tiflisə qayıdıb və dini hökmləri xalqa bəyan etməyə başlayıb. Əbdus-Salam bu şəhərdə olan mədrəsələrdə dərs deyib və çoxlu tələbə tərbiyə edib. Fəqih öz dövründə “Babiyyət” firqəsinə qarşı geniş mübarizə aparmış və bu mübarizədə çoxlu çətinliklərlə üzləşmişdir.
Şeyx Əbdus-Salam Tiflisi “Babiyyə” firqəsinin böyükləri ilə çoxlu mübahisə məsclisi təşkil etmişdir. Bu barədə 1902-ci ildə çap olunan “Əl-hidayətul-Məhdiyyət” kitabında geniş yazmışdır.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.