Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, ölkədə Qurbаn bаyrаmı zilhiccə ayının 10-na (9 iyul) təsadüf edəcək. Bildirilib ki, iyulun 9-da ölkə məscidlərində Bayram namazları qılınacaq. Bu barədə Report xəbər verib.
Qeyd edək ki, Azərbaycanda zilhiccə ayı daxil olması haqda ixtilaflar mövcuddur. Belə ki, bəziləri ayın sabit olmasının iyulun 1-nə, digərləri isə iyunun 30-na təsadüf etdiyini hesab edir.