Norveçdə Qurani-Kərimi yandıran şəxs avtomobil qəzasına düşüb. Bu barədə iyulun 6-da Lent.az xəbər verib.
Məlumata görə, “Norveçdə İslamlaşmanı Dayandırın” qrupunun lideri kimi tanınan Lars Zorsen ölkənin müsəlmanların sıx yaşadığı Mortensrud bölgəsinə yollanıb. O, orada müqəddəs kitabı yandırıb, avtomobil yoluna atıb. Bundan sonra Zorsen kitabı yenidən yandırıb və onu pəncərədən sallayaraq avtomobili idarə edib.
Baş verənləri görən bir neçə müsəlman onu təqib etməyə çalışıb. Nəticədə Lars Zorsen avtomobili aşırdaraq qəza törədib. Hadisədən sonra polislər həmin müsəlmanları saxlayıblar.
Qeyd edək ki, bu, Zorsenin təşkil etdiyi ilk belə aksiya deyil. Bundan öncə də o, müsəlmanların çoxluq təşkil etdiyi bölgələrə gedərək bu cür hərəkətlər edib.