Bu gün, iyulun 6-da Nəcəfdə İmam Əlinin (ə.s) hərəmi şəhadət günlərinə hazırlaşır. Bu barədə ziyarətgahın mətbuat xidməti məlumat yayıb.

Belə ki, zilhiccə ayının 7-də Həzrət Baqirin (ə.s), 8-də isə Müslüm ibn Əqilin (r.ə) şəhadət günüdür. Bununla əlaqədar hərəmdə matəm şüarlı bayraqlar və bannerlər quraşdırılıb.