Ötən il Böyük Britaniyada ən çox yayılan oğlan adının Məhəmməd olduğu qeydə alınıb. Bu barədə hər il olduğu kimi babycentre.co.uk məlumat verib.
Məlumata görə, Məhəmməd adı ardıcıl ikinci dəfədir ki, krallığın məşhur adları siyahısına liderlik edir. Qızlar arasında isə geniş yayılmış ad Olivia adı olub.
Lakin 2022-ci ildə Məhəmməd adı bu il məşhur adlar siyahısına qeydə alınmayıb.
Qeyd edək ki, Azərbaycanda bu il Məhəmməd adına 590 körpə sahib olub. Ötən il ərzində bu rəqəm 1098 nəfər təşkil edib.