Almaniyanın İbn Rüşd Göte məscidində LGBT bayrağı dalğalanır. Bu barədə iyunun 4-də pinknews xəbər verib.

Məlumata görə, sözügedən bayraq iyulun sonunadək məscid divarından asılı qalacaq. LGBT-yə dəstək aksiyasında iştirak edənlər isə məscidə “sevgi halaldır” yazılı köynəklərlə gəliblər.

Bundan əlavə, ibadətgahda çadra qadağası da tətbiq edilib.

Berlində yerləşən bu məscid artıq 5 ildir ki, fəaliyyət göstərir. Bu, ölkədə özünü liberal adlandıran yeganə məbəddir. Burada, həmçinin kişi və qadınların birlikdə və maneəsiz namaz qılmalarına icazə verilir. Baxmayaraq ki, sözügedən qaydalar İslam şəriətinə ziddir.