Məscid Tovuz rayonunun Yanıqlı kəndində yerləşir. Bu səbəbdən bura, həmçinin Yanıqlı kənd məscidi kimi tanınır. İbadət evinin inşa tarixi XVII əsrin əvvəllərinə aiddir. Abidənin memarı Şeyx Bəhaəddin Amili tərəfindən inşa edildiyi ehtimal edilir.

İbadət evini xarici görünüş və tikiliş üslubuna görə, Gəncədə yerləşən Şah Abbas məscidinə bənzədirlər. Məscid qırmızı kərpicdən inşa olunub. İbadətgah səkkiz otaqdan ibarətdir. Onlardan bir neçəsi hücrə və müsafirxana (qonaq otağı) kimi istifadə olunub.

Məscid 1930-cu illərə kimi fəaliyyət göstərib. Sovet dövründə ibadət evi anbar kimi istifadə edilib. 1960-cı illərdən məscidin divarlarında çatlar əmələ gəlməyə başlayıb. Bu səbəbdən 1984-1986-cı illərdə ibadətgahda əsaslı təmir işləri aparılıb.

2014-cü ildə məscidin günbəzi tamamilə çöküb. 2022-ci ildə isə burada təmir bərpa işlərinə başlanılıb.

Yanıqlı kənd Şah Abbas məscidi ölkə əhəmiyyətli memarlıq abidəsi hesab edilir.

Mənbələr:

  1. sputnik.az
  2. tovuzlular.com